"Barselona"nın futbolçusu Arda Turan "Qalatasaray"a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o, Kataloniya klubunda qalacağını deyib:
"Onsuzda hazırda "Qalatasaray" azarkeşləri mənim komandaya gəlməyimi istəmirlər. Mən komandama ziyan vermək istəmərəm. Klubun azarkeşlərinin nə hiss etdiyini biləcək qədər "Qalatasaray" azarkeşiyəm. Bundan başqa, "Barselona" ilə 3 illik müqaviləm var və klubumda xoşbəxtəm. Aslanlar kimi çalışıb heyətə də düşərəm. Kimsə narahat olmasın. "Barselona"da qalacam. ".
Türkiyə millisinin yarımmüdafiəçisi nə vaxtsa yenidən İstanbul klubunda oynamaq istədiyini də vurğulayıb:
"Qalatasaray" mənim evimdir. Şərtlər uyğun olsa, bir gün orada yenidən oynamaq istəyərəm".