Türkiyə millisi itkiylə üzləşib.
Sportarena.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Ukrayna ilə səfər oyununda zədələnən Serdar Aziz milli komandanın heyətindən çıxarılıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
“Ay-ulduzlular”ın 0:2 hesabıyla uduzduğu matçda sifətindən zərbə alan Sərdarın burnu qırıldığı qeyd edilib. O, milli komandayla birlikdə Xarkovdan Əskişəhərə gəlsə də, sonra ayrılaraq İstanbula gedib.
Türkiyə millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya millisi ilə qarşılaşacaq. Oyun Əskişəhərdə baş tutacaq.