Renat Dadaşov: "Demişdim ki, Azərbaycandan başqa heç bir yığmada oynamayacağam"

12:36 5 Sentyabr 2017

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qələbə qazandıqları (5:1) oyundan sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, debüt etdiyi matçla bağlı bunları söyləyib:

 

"Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadı. İndi davamlı olaraq çalışmaq, növbəti oyunlarda yaxşı çıxış etmək lazımdı. Ümid edirəm ki, qarşıdakı oyunlarda da qələbə qazanmağı bacaracağıq. Norveçlə oyundan öncə də demişdim ki, Azərbaycandan başqa heç bir yığmada oynamayacağam. Bu gün az oynadım, amma mənim üçün bunun fərqi yoxdu. Şadam ki, baş məşqçimiz bu oyunda mənə şans verdi. Hələlik, bu qədər bəsimdi. Öz üzərimdə çox çalışmalıyam".


Digər xəbərlər

Xəbər xətti