"Fənərbaxça"da şok itki - Van Persi sıradan çıxdı

17:51 5 Sentyabr 2017

Hollandiya millisinin və “Fənərbaxça”nın hücumçusu Robin Van Persi sıradan çıxıb.

Komanda.az xəbər verir ki, İstanbul klubundan edilən açıqlamada 34 yaşlı futbolçunun sağ diz çarpaz bağlarında yırtıq aşkarlandığı qeyd edilib. Van Persi Hollandiya millisində zədə alıb. Belə ki, hücumçu “narıncılar”ın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Fransa ilə səfər qarşılaşmasında (0:4) zədə alıb.

 

Futbolçunun 6 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilir.


Digər xəbərlər

Xəbər xətti