Futbol üzrə Albaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.
Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də formasını geyindiyi bu kollektiv G qrupunda 8-ci tur çərçivəsində səfərdə Makedoniya ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ansi də bu görüşün iştirakçısı olub. Millini meydana kapitan kimi çıxaran Ağdam klubunun müdafiəçisi 73-cü dəqiqədə əvəzlənib.
Albaniya 8 oyuna topladığı 13 xalla İspaniya və İtaliyadan sonra 3-cü pillədə qərarlaşıb.