Dieqo Kosta "Çelsi"yə qayıtdı - "Qarabağ"a qarşı oynamayacaq

13:17 6 Sentyabr 2017

“Çelsi”nin hücumçusu Dieqo Koşta uzun fasilədən sonra Londona qayıdıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə 3 aydı doğma vətəni Braziliyada dincələn Koştanın Böyük Britaniyanın paytaxtına yollandığı qeyd edilib. İspaniya millisinin hücumçusu klub rəhbərliyi və baş məşqçi Antonio Konte ilə fikir ayrılığından sonra “Çelsi”nin yay toplanışını boykot edərək, vətəninə yollanmışdı.

 

Xəbərdə 28 yaşlı futbolçunun “zadəganlar”ın əvəzedci komandasının məşqlərinə qatılacağı və “Atletiko”ya keçidi rəsmiləşənə kimi burda qalacağı qeyd edilib.

 

Qeyd edək ki, "Qarabağ"ın ÇL-dəki rəqibi "Çelsi" futbolçunu ölkədaxili yarışlar üçün sifariş versə də, qitənin bir nömrəli nüfuzlu klub turnirinin iştirak ərizəsinə daxil etməyib.


Digər xəbərlər

Xəbər xətti