"Trabzonspor" "Milan"la razılığa gəldi - Futbolçu isə...

16:54 6 Sentyabr 2017

“Milan” yarımmüdafiəçisi Xose Sosanı “Trabsonspor”a göndərməyə hazırdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “rossonyerlər”in idman direktoru Massimiliano Mirabelli İtaliya mətbuatna açıqlamasında verib. O, Sosanın keçidi ilə bağlı “Trabzonspor”la hərtərəfli razılığa gəldiklərini, hadisələrin bundan sonrakı gedişatını futbolçunun seçiminin müəyyənləşdirəcəyini deyib.

 

Futbolçunun meneceri Favio Bilardo isə yerli radiolardan birinə açıqlamasında Sosanın “Milan”da qalmaq istədiyini bildirib

 

“Trabzonspor” Sosa üçün “Milan”a 6 milyon avro, futbolçunun özünə isə ilinə 5 milyon olmaqla, 3 illik müqavilə təklif edir.


Digər xəbərlər

Xəbər xətti