PSJ yeni transferi Kilian Mbappeni ictimaiyyətə təqdim edib.
Sportarena.az xəbər verir ki, təqdimat mərasimində Mbappe ilə yanaşı klubun prezidenti Nasser Əl-Xəlafi də iştirak edib.
Fransalı futbolçu mövsümün sonunadək paytaxt klubunda icarə əsasında çıxış edəcək. Mövsümün sonunda isə PSJ "Monako"ya 180 milyon avro ödəməklə onunla 2022-ci ilə qədər müqavilə imzalayacaq.