Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək üzrədi.
Sportarena.az xəbər verir ki, İstanbul klubu Super Liqanın digər təmsilçisi “Karabükspor”un rumıniyalı futbolçusu Yasmin Latovleviçi heyətinə cəlb edib.
31 yaşlı müdafiəçinin “sarı-qırmızılar”la 1+1 illik müqaviləyə razılaşdığı bildirilir. Tezliklə İstanbula gəlib tibbi yoxlanışdan keçəcək sol cinah müdafiəçisi rəsmi anlaşmaya imza atacaq.