DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda mübarizə aparan Almaniya yığması cəzalandırıla bilər.
Sportarena.az xəbər verir ki, sözügedən komandanın Çexiya ilə səfər matçında (2:1) alman fanatlar nasist şüarları səslənidirblər.
Onların bu hərəkətlərindən sonra FİFA araşdırmaya başlayıb. Məlumatı ali futbol qurumunun rəsmi saytı yayıb. Açıqlamada qeyd olunur ki, sentyabrın 1-də Praqada keçirilən qarşılaşmada təxminən, 200 alman azarkeşin nasist şüarlar səsləndirməsi səbəbindən Almaniya Futbol Federasiyasına (AFF) qarşı intizam araşdırması başladılıb.