"Fənərbaxça" "transfer bombası"nı partlatmaq üzrədi.
Sportarena.az xəbər verir ki, klub daha bir ulduzu heyətinə qatmağa yaxındı. Nabil Dirarın performarsını kifayət hesab etməyən "sarı-lacəvirrtlilər" aradıqları futbolçunu adada tapıb.
Söhbət ulduzu "Valensiya"da parlayan və 2010-cu ildə 27 milyon funt-sterlinq qarşılığında "Mançester Siti" ilə anlaşan David Silvadan gedir. Futbolçunun transferi üçün hər iki klubun bütün detalları razılaşdırdığı bildirilir.