“Göyçə”nin qarşıdakı 4 il üçün inkişaf konsepsiyası açıqlandı

10:39 8 Sentyabr 2017

\Yeni mövsümdən futbol üzrə Azərbaycan Birinci Divizionunda mübarizə aparmağa hazırlaşan “Göyçə” futbol klubunun inkişaf trayektoriyasını müəyyən edən 4 illik konsepsiyası açıqlanıb.

 

Sportarena .az sizi həmin konsepsiya ilə tanış edir:

 

1-ci il - Məqsəd: 2017/18 mövsümündə Birinci Divizionda çıxış etmək. Komandaya təcrübəli futbolçular cəlb etmək. Çempion olub, növbəti mövsümdə Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq. Bu il “Göyçə” futbol akademiyasının bir neçə yaş qrupu üzrə komandalar formalaşdırmaq.

 

2-ci il - Məqsəd: 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmək. Bacardıqca yüksək yerlər uğrunda mübarizə aparmaq, növbəti mövsüm üçün komandaya daha bacarıqlı futbolçular cəlb etmək. “Göyçə” futbol akademiyasının bütün yaş qruplarının komandalarını formalaşdırmaq (9-19 yaş).

 

3-cü il - Məqsəd: 2019/20 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmək. Yüksək yerlərdən birini tutmaq və avrokubok yarışlarında iştirak etmək. “Göyçə” futbol akademiyasının inkişafı üçün xüsusi tədbirlər görmək. Klub bu il Azərbaycan milli komandalarının birinə minimum 1 futbolçu təqdim etməlidi.

 

4-cü il - Məqsəd: 2020/21 mövsümündə Azərbaycan Premyer Liqasında çempionluğa oynamaq. Avrokuboklarda bir neçə mərhələ keçmək. Klub bu il Azərbaycan milli komandalarının birinə minimum 3 futbolçu təqdim etməlidi.


Digər xəbərlər

Xəbər xətti