İngiltərə futbolunda inqilabi qərar - Transfer pəncərəsi dövrü qısaldıldı

11:34 8 Sentyabr 2017

İngiltərə Premyer Liqasında transfer pəncərəsi dövrü qısaldılıb.

 

Sportarena.az xəbər verir ki, növbəti mövsümdə transfer pəncərəsi əvvəlki illərdən fərqli olaraq mövsüm başlamamış bitəcək. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Belə ki, məsələylə bağlı Premyer Liqanın 20 klubu arasında keçirilmiş səsvermədə 14 klub təklifə müsbət cavab verib.

 

Beləliklə, gələn il İngiltərə Premyer Liqasında transfer pəncərəsi mövsüm başlamamış sonuncu cümə axşamı günü, yerli vaxtla saat 17:00-da başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti