Azərbaycanın U-21 millisinin futbolçusu Serkan Baloğlu karyerasını Türkiyə Super Liqa təmsilçisi “Kayserispor”da davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Kayseri təmsilçisinin 19 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağladığı qeyd edilib.
Baloğlunun son klubu Almaniya “Ştutqart”ı olub. O, ötən mövsümdə bu klubun ikinci komandasının heyətində 12 oyun keçirib.