Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Çelsi" ilə qarşılşacaq "Qarabağ" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. Sportline.az saytına danışan mütəxəssis komandanın müdafiəçisi Ansi Aqollinin Albaniya millisinin düşərgəsindən zədəli qayıtdığını bildirib. Mütəxəssisin sözlərinə görə, futbolçu böyük ehtimalla London klubuna qarşı oynamayacaq.
Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı sentybarın 12-də, saat 22:45 "Stemford Bric" arenasında keçiriləcək.