“Barselona”nın futbolçusu Arda Turan karyerasını “Qalatasaray”da davam etdirəcək.
Sportarena.az xəbər verir ki, Arda sabiq klubunda icarə əsasında oynayacaq. Bu barədə məlumatı RAC1 yayıb. İcarə müqaviləsinin 2 il ərzində qüvvədə olacağı bildirilir. Türkiyədə transfer pəncərəsi bu gün - sentyabrın 8-də başa çatır. Arda da məhz bu məqamdan yararlanaraq, sabiq klubuna keçib.
“Barselona”nın baş məşqçisi Ernesto Valverde Ardaya güvənməyəcəyini bildirmişdi.