UEFA “Qarabağ”ın stadionunun adını dəyişdi

17:36 8 Sentyabr 2017

UEFA Gənclər Liqasında qrup mərhələsinin 1-ci dövrəsinin təqvimi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Çelsi”, “Roma” və “Atletiko” ilə birgə C qrupunda mübarizə aparacaq “Qarabağ”ın U-19 komandasının oyunlarının məkanı da müəyyənləşib. Təmsilçimiz ilk oyununu İngiltərədə, "Çelsi"yə qarşı keçirəcək. Görüş sentyabrın 12-də, Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

 

Maraqlıdı ki, Ağdam klubunun ev oyunlarını keçirəcəyi “Azərsun Arena”nın adı UEFA-nın saytında “Qarabağ” stadionu kimi göstərilib. Belə ki, Avropanın ali futbol qurumu öz yarışlarında sponsor adlarının işlənməsinə qadağa qoyub.

 

Gənclər Liqası

C qrupu

12 sentyabr

1-ci tur

14:05 Çelsi (İngiltərə) - Qarabağ 
“Çelsi” futbol klubunun təlim-məşq bazası

 

27 sentyabr

2-ci tur

12:00 Qarabağ - Roma (İtaliya) 
Suraxanı. “Qarabağ” stadionu

 

18 oktyabr

3-cü tur

12:00 Qarabağ - Atletiko (İspaniya) 
Suraxanı. “Qarabağ” stadionu


Digər xəbərlər

Xəbər xətti