İtaliya A Seriyasının 3-cü turunun “Sampdoriya” – “Roma” oyunu təxirə salınıb.
Sportarena.az xəbər verir ki, buna matçın keçiriləcəyi Genuyada əlverişsiz hava şəraitinin proqnozlaşdırılmasıdı. Sinoptiklər sentyabrın 9-da bu bölgədə güclü leysan yağacağına dair əhaliyə xəbərdarlıq da edib. Bu üzdən “Luici Ferraris” stadionunda keçiriləcək qarşılaşma da təxirə salınıb. Oyunun hansı tarixdə keçiriləcəyi bilinmir. Böyük ehtimalla bu qarşılaşma ehtiyat gün kimi nəzərdə tutulan dekabrın 13-ü və ya 20-də baş tutacaq.
Qeyd edək ki, “Roma” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidi.