Azərbaycan çempionu “Qarabağ”ın İngiltərənin “Çelsi” klubuna qarşı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirəcəyi oyun üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Londonda bilet əldə etmək istəyən “Qarabağ” azarkeşləri üçün isə sentyabrın 11-də satış həyata keçiriləcək. Bilet satışının məkanı haqqında növbəti günlərdə ətraflı məlumat veriləcək. Biletlərin qiymətlərinə gəlincə, “first class” 75 funt sterlinq, azarkeş sektoru isə 35 funt sterlinqdi. Londonda Ağdam klubunun forma, şarf və papaqlarının satışı da təşkil olunacaq.
Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Çelsi” – “Qarabağ” oyunu saat 22:45-də başlayacaq.