Bu gün AFFA və PFL-in birgə komissiyası 1-ci divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxıb.
Sportarena.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb. Müraciətlərə baxılandan sonra aşağıdakı qərar qəbul olunub:
1. Sənədləri qaydasında olan 8 klubun 1-ci divizionda iştirakına icazə verilib:
“Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK.
2. Müraciət etmiş aşağıdakı klublara isə sənədlərini tam təqdim etmək üçün 12 sentyabr saat 18:00-dək vaxt verilib:
“Binə” FK, “Şahdağ” (Qusar), “Göyəzən”, “Göyçə”, “Xəzər”, “Karvan”, “Energetik” və “Bakılı”.