Bu gün Türkiyə Super Liqasında 4-cü tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma keçiriləcək. Son çempion “Beşiktaş” “Karabükspor”un qonağı olacaq. Günün və turun ən maraqlı oyunlarından biri də İstanbulda baş tutacaq. Şəhərin iki iddialı komandası - “Fənərbaxça” ilə “Başakşəhər” münasibətlərinə aydınlıq gətirəcəklər.
Millimizin üzvləri Dəniz Yılmaz və Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor” sabah meydana çıxacaq. “Timsahlar” “Akhisar”ı qəbul edəcək.
Türkiyə Super Liqası, 4-cü tur
9 sentyabr
18:00 Karabükspor - Beşiktaş 0:1
18:00 Sivasspor - Kayserispor 0:2
21:00 Fənərbaxça - Başakşəhər 2:3
21:00 Konyaspor - Alanyaspor 0:2
10 sentyabr
18:00 Osmanlıspor - Göztəpə 0:2
18:00 Trabzonspor - Gənclərbirliyi 3:1
21:00 Antalyaspor - Qalatasaray 1:1
21:00 Bursaspor - Akhisar 3:0
11 sentyabr
21:00 Kasımpaşa - Malatyaspor 3:2