Qari Kehill: “Qarabağ”a qeyri-ciddi yanaşmırıq"

14:37 10 Sentyabr 2017

“Çelsi”nin müdafiəçisi Qari Kehill Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda üz-üzə gələcəkləri “Qarabağ” barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, İngiltərə millisinin üzvü yerli mətbuata açıqlamasında bir illik fasilədən sonra qayıtdıqları turnirdə maksimum irəli getməyə çalışacaqlarını deyib:

 

“Biz layiq olduğumuz yerə (Çempionlar Liqası) qayıtmışıq. Bu turnirdə çıxış etmək çox önəmlidi. Biz bacardığımız qədər irəli getməyə çalışacağıq”.

 

Kehill “Qarabağ”la oyun barədə də fikirlərini bildirib. O, təmsilçimizə qarşı ciddi yanaşdıqlarını deyib:

 

“Onlar bu turnirdə oynamağa haqq qazanıblar. Buna görə, onlara qeyri-ciddi yanaşmırıq”.

 

Xatırladaq ki, “Çelsi” - “Qarabağ” oyunu sentyabrın 12-də, Bakı vaxtıyla saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti