İngiltərə çemiponatının 4-cü turunda keçirilən “Stok Siti” - “Mançester Yunayted” (2:2) görüşündə insident baş verib.
Sportarena.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo qarşılaşmadan sonra “Stok Siti”nin çalışdırıcısı Mark Hyuzun əlini sıxmaqdan imtina edib. Mark Hyuz bu məsələyə aydınlıq gətirib:
“Mən oyunun gedişində Mourinyonu itələdim. Çünki o, mənim texniki zonama daxil olmuşdu. Ola bilsin ki, buna görə də mənim əlimi sıxmaqdan imtina etdi. Yəqin ki, heç-heçə onun üçün qəbuledilməz nəticədi”.
Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm ilk dəfə xal itirərək vahid liderliyi əldən verib.