Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 4-cü tur davam edir.
Sportarena.az xəbər verir ki, ötən gün daha iki oyun baş tutub. “Qəbələ” doğma meydanda “Zirə”yə minimal hesabla qalib gəlib. Dörd qolun vurulduğu “İnter” - “Kəpəz” matçında isə qalib müəyyənləşməyib.
Tura bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı ilə yekun vurulacaq.
Əvəzedicilərin çempionatı 4-cü tur
10 sentyabr
“İnter” – “Kəpəz” 2:2
Qol: Elvin Cəfərquliyev, 12. Sinan Akkoyun, 90+4 - Kamran Abdullazadə, 33; 61.
“Qəbələ” – “Zirə” 1:0
Qol: Ülvi İsgəndərov, 10.