Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransanın “Frans Press” agentliyinə açıqlama verib.
Sportarena xəbər verir ki, təcrübəli çalışdırıcı qrup mərhələsində asan təslim olmayacaqlarını bildirib:
“Bu, bizim çoxdankı arzumuz idi. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma biz döyüşdən əvvəl təslim olmayacağıq. Hər bir matçda dişimizlə, dırnağımızla mübarizə aparacağıq. İlk oyunumuz Londonda “Çelsi”yə qarşı olacaq. Görüş bizim üçün çox çətin keçəcək. Üzərimizə düşən işi layiqincə yerinə yetirəcəyimizə ümid edirik”:
Qeyd edək ki, agentliyin “Qarabağ” haqqında hazırladığı yazıda klubun təmsil etdiyi Ağdamın Ermənistan ordusu tərəfindən işğal olunmasından və bu səbəbdən ev oyunlarını Bakıda keçirtməsindən də söz açılıb.