Hazard: "Çempionlar Liqasında qalib olmaq istəyirəm" - AÇIQLAMA

15:30 11 Sentyabr 2017

“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard komandasının Çempionlar Liqasındakı vəziyyətindən danışıb.

 

Sportal.az xəbər verir ki, belçikalı hücumçu londonluların turnirə hazır olduğunu bildirib:

 

“Mən indiyə kimi İngiltərə və Fransa çempionu olmuşam. Artıq ÇL-də də qalib olmaq istəyirəm. Düşünürəm ki, “Çelsi”nin bu turniri qazanmağının vaxtı çatıb. Bizim yaxşı komandamız və baş məşqçimiz var. Bu mövsüm fərqli olacaq – çərşənbə axşamı və çərşənbə günləri oyanayacağıq, amma bizim xeyli sayda güclü futbolçularımız var. Biz peşəkarıq, bu cür vəziyyətlər bizə tanışdı. Sadəcə, oynamaq istəyirik. Əgər kimsə oynaya bilməyəcək vəziyyətdə olarsa, onu əvəz edə biləcək futbolçularımız var".

 

Qeyd edək ki, “Çelsi” indiyə kimi yalnız 1 dəfə - 2012-ci ildə ÇL-in qalibi olub.

 

Əlavə edək ki, "Zadəganlar" qitənin bir nömrəli klub turnirində "Qarabağ"la eyni qrupda mübarizə aparır. İngiltərə çempionu ilk oyununu sentyabrın 12-də, Bakı vaxtı ilə saat 22:45 doğma meydanda təmsilçimizə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti