UEFA bu gün öz saytında dərc etdiyi maraqlı yazısı ilə diqqət çəkib.
Sportarena.az xəbər verir ki, qitə futbol qurumu ingilis şərhçilərlə mübarizə aparmaq qərarına gəlib. Söhbət çətin tələffüz olunan futbolçu adlarını şikəst edən şərhçilərdən gedir. UEFA bütün komandaların heyətində olan problem yarada bilən ad-soyadlı oyunçuların siyahısını tərtib edib. Qurumun ekspertləri şərhçilərə həmin futbolçuları necə tələffüz etməkdə məsləhət verib. Siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb. Təmsilçimizlə bağlı bölümdə əksər adların çətinlik yarada biləcəyi vurğulanıb:
“Bu komandada əksər oyunçuların adının tələffüzü problemli ola bilər. Klubun adını “Kara-bach” kimi tələffüz etmək olar. İngilis şərhçilər Yakub Jezniçakın soyadındakı “R” hərfini oxumamalıdı”.
UEFA iki oyunçu – İbrahim Şehiç və Yakub Jezniçakı daha çətin soyadlı futbolçu hesab edib. Bu üzdən onların necə səsləndirməyi də nümunə göstərib. İngilislərə bu oyunçuların ad-soyadını “Şey-iç” və “Ya-kub Jez-ni-çak” kimi hecalara bölmək tövsiyə olunub. (Apasport)