Jezniçak: "Onları dayandırmağa çalışacağam”

00:12 12 Sentyabr 2017

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah səfərdə İngiltərənin “Çelsi” klubunun qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun polşalı müdafiəçisi Yakub Jezniçak da bu gün Londonda baş tutan oyundan öncəki mətbuat konfransında öz fikirlərini bildirib:

 

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdu. Qrupumuzda rəqiblərimiz çox güclüdü, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik. "Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacağam”.


Digər xəbərlər

Xəbər xətti