"Çelsi" azarkeşlərinə xəbərdarlıq etdi

12:50 12 Sentyabr 2017

“Çelsi” rəhbərliyi azarkeşlərini antisemitizm davranışlarına görə hədələyib.

 

Sportarena.az xəbər verir ki, “Lester”lə oyunda “Çelsi” azarkeşləri Moratanın şərəfinə mahnı oxuyublar. Mahnıda isə deyilir ki, guya Morata yahudilərə nifrət edir. “Çelsi” azarkeşlərinin bu addımı “Tottenhem”ə qarşı yönəlib. Çünki onlar “Tottenhem”i yahudi klubu hesab edirlər.

 

“Çelsi” rəhbərliyi məsələ ilə bağlı bəyanat yayaraq, fanatlara xəbərdarlıq edib. Rəhbərlik belə azarkeşlərin müəyyənləşdirilərək cəzalandırılacağını bildirib.


Digər xəbərlər

Xəbər xətti