Bu gün UEFA Çempionlar Liqasında “Çelsi”nin qonağı olacaq “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak iddialı paylaşımı ilə gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, “Tvitter” hesabında komanda yoldaşları Dino Ndlovu və Maksim Medvedevlə şəklini paylaşan müdafiəçi cənubi afrikalı forvardın qol vuracağına işarə verərək bu sözləri yazıb:
“Sabah (bu gün) bu oğlan qol vuracaq”.