"Çelsi"nin futbolçusu David Luis Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyun öncəsi klubunda saytına açıqlama verib.
Sportarena.az xəbər verir ki, Braziliyanın müdafiəçi "Qarabağ"la oyun barədə danışıb. O, həmçinin bu ayın onun üçün əla keçdiyini bildirib:
"Qarabağ"la oyuna yüksək əhval-ruhiyyə ilə çıxıb, yaxşı nəticə əldə etmək istəyirik. Ötən mövsüm Premyer liqada çempion olduq və Çempionlar Liqasında bu uğurun davamını gətirməliyik. Avropada oynamaq hər zaman yaxşıdır. Fərqli ölkələrdə, fərqli klublarla mübarizə aparırsınız. Bu turnirdə möhtəşəm futbolçular və komandalar var.
Bir neçə maraqlı oyuna çıxacağıq. Vaxtı gələndə, futboldan gedəcəm və hazırda bu anların dadını çıxartmalıyam".
Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.