Rəşad Sadıqov futbol dünyasının tarixinə düşdü

00:09 13 Sentyabr 2017

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov futbol dünyası üçün nadir sayılan uğura imza atıb. 

Sportarena.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bir gündə avrokuboklarda həm məşqçi, həm də futbolçu olaraq iştirak edən şəxs kimi futbol tarixinə düşüb.
 

Bu gün baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandasını Gənclər Liqasında “Çelsi” ilə oyuna (0:5) çıxaran millimizin kapitanı hazırda Çempionlar Liqasının qrup mərhələsində London klubu ilə keçirilən matçın start heyətində yer alıb.  


Digər xəbərlər

Xəbər xətti