Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la keçirilən oyunda (6:0) “Çelsi”nin qapıçısı Tibo Kurtua da fərqlənib.
Sportarena.az xəbər verir ki, Kurtua bu oyunda qol ötürməsi ilə yadda qalıb. O, qarşılaşmanın 30-cu dəqiqəsində David Zappakostanın vurduğu qolun ötürməsini verib.
Kurtua ÇL-in tarixində qol ötürməsi verən ikinci qapıçı olub. Buna qədər “Seltik”in qapıçısı Freyzer Forster fərqlənmişdi. O, 2012-ci ildə “Barselona” ilə keçirilən oyunda (2:1) qol ötürməsi etmişdi.