“Yuventus”un hücumçusu Qonsalo İquayin Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Barselona” ilə keçirilən qarşılaşmada (0:3) diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, argentinalı futbolçu “Barselona” azarkeşlərinə qarşı tərbiyəsiz jest edib. O, əvəzlənib meydanı tərk edərkən, azarkeşlərə orta barmağını göstərib.
UEFA-nın məsələni araşdıracağı gözlənilir. Argentinalı futbolçu bu hərəkətinə görə cəzalana bilər.