"Seltik" azarkeşi Mbappeyə hücum etdi - FOTO

15:39 13 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda keçirilən “Seltik” - PSJ qarşılaşmasında (0:5) insident baş verib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində “Seltik” azarkeşi meydana daxil olaraq, PSJ-in hücumçusu Kilian Mbappeyə hücum edib. Azarkeş Paris təmsilçisi 3-cü qolu vurduqdan sonra meydana girib.

 

O, Mbappeyə yaxınlaşsa da, ona xəsarət yetirə bilməyib. Stüardlar onun qarşısını alıblar. UEFA məsələ ilə bağlı iş açıb. İnsident araşdırılacaq və qərar veriləcək.

 

UEFA həm də, PSJ azarkeşlərinin stadiondakı oturacaqları qırmalarını da araşdıracaq.

 


Digər xəbərlər

Xəbər xətti