FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi 13 pillə geriləyib. Millimiz 388 xalla 92-ci yerdə qərarlaşıb. Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsinin son oyunlarında Norveçə 0:1 hesabı ilə uduzub, San Marinoya 5:1 hesabı ilə qalib gəlib.
Reytinq cədvəlinə Almaniya başçılıq edir. Braziliya 2-ci, Portuqaliya 3-cüdü.
88 (91) Benin - 400
88 (102) İraq - 400
88 (82) Keniya - 400
91 (93) Fələstin - 389
92 (79) Azərbaycan - 388
93 (89) Farer adaları - 384
94 (92) Qvineya-Bissau - 381
95 (81) Konqo - 378
96 (95) Kanada - 368
İlk 10 yer:
1 (2) Almaniya - 1606
2 (1) Braziliya - 1590
3 (6) Portuqaliya - 1386
4 (3) Argentina - 1325
5 (9) Belçika - 1265
6 (5) Polşa - 1250
7 (4) İsveçrə - 1210
8 (10) Fransa - 1208
9 (7) Çili - 1195
10 (8) Kolumbiya - 1191