AFFA 6 klubu Birinci Diviziona buraxmadı

20:40 14 Sentyabr 2017

Sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası Birinci Divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.

 

Sportarena.az xəbər verir ki, bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla Birinci Divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” komandalarının da Birinci Divizionda iştirakına icazə verilib.

 

Sonuncu iki komanda ilə yanaşı, əlavə vaxt alan 6 klub isə yarışa buraxılmayıb. Bunlar “Bakılı”, “Şahdağ-Qusar”, “Göyəzən”, “Göyçə”, “Karvan” və “Energetik”di. 

 

Onu da qeyd edək ki, Birinci Divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.


Digər xəbərlər

Xəbər xətti