İtaliya A seriyasının 4-cü turu çərçivəsində baş tutacaq oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Football İtalia” yayıb. Xəbərdə İtaliya çempionatının A və B seriyalarında bu həftə baş tutacaq oyunların Livorno şəhərində baş vermiş daşqında ölənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayacağı qeyd edilib.
Xatırladaq ki, bir neçə gün öncə Livornoda baş vermiş daşqınlar nəticəsində 7 nəfər həlak olub.