Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda "Holştayn"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. O, 55-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ersgebirge” geridə qalan 6 turda 7 xal toplayıb və 18 klub arasında 12-cidi.