Sərxoş halda avtomobil idarə etməkdə ittiham edilən “Everton”un hücumçusu Ueyn Runi bu gün məhkəmə önünə çıxıb.
Sportarena.az xəbər verir ki, 31 yaşlı futbolçu məhkəmənin qərarına əsasən, iki il müddətinə sürücülük hüququndan məhrum edilib. O, həmçinin, havayı 100 saatlıq ictimai işdə çalışmaq cəzası da alıb. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.
Runi məhkəmədən sonra bunları deyib:
“Ailəmə, “Everton” rəhbərliyinə, klub prezidentinə buna görə təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm. Karyeram ərzində məni izləyən, daim mənə dəstək olan azarkeşlərdən də üzr istəyirəm. Məhkəmənin barəmdə verdiyi qərarı tam qəbul edirəm”.