"Xəzər Lənkəran"ın sabiq futbolçusu qəzaya düşdü

11:19 19 Sentyabr 2017

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Uğur Pamuk Türkiyədə avtomobil qəzasına düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Məlumatda hadisənin ötən gecə olduğu qeyd edilsə də, hansı şəraitdə baş verməsi haqda açıqlama yoxdu. Qəza nəticəsində 28 yaşlı yarımmüdafiəçinin çiyni çıxıb. Dərhal xəstəxanaya çatdırılan Pamuk hazırda özünü yaxşı hiss edir. Amma o, yaxın 4 həftə ərzində komandasına kömək edə bilməyəcək

 

Qeyd edək ki, hazırda “Manisaspor”da çıxış edən futbolçu Azərbaycanda “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında da oynayıb. O, Manisa klubuna ötən il “Sumqayıt”dan transfer edilib. Pamuk almaniyalı mütəxəssis Berti Foqtsun dövründə Azərbaycan yığmasında da oynayıb.


Digər xəbərlər

Xəbər xətti