Noyer yenə sıradan çıxdı - Millimizə qarşı oynamayacaq?

15:51 19 Sentyabr 2017

Almaniya bundesliqanın 5-ci turunda "Şalke" ilə oyun öncəsi sol ayağından zədələnən "Bavariya"nın qapıçısı Manuel Noyer əməliyyat olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb əməliyyatın uğurlu keçdiyi bildirilib. Alman qolkiperin bu ilin sonuna kimi oynamayacaq. Bununla da Noyerin DÇ-2018-in seçmə mərhələsində oktabrın 8-i millimizlə görüşü buraxacağı dəqiqləşib.

 

Qeyd edək ki, Noyer mart ayında zədələnərək sıradan çıxmış və Azərbaycan - Almaniya matçını (1:4) buraxmalı olmuşdu.


Digər xəbərlər

Xəbər xətti