"Qarabağ"la oyun çətin olacaq. Onlar Çempionlar Liqasının qrup mərhələsinin birinci oyununda "Çelsi"yə 0:6 hesabı ilə uduzublar. Buna görə də doğma meydanda qələbə qazanmaq istəyəcəklər".
Sportarena.az xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Kevin Strotman ÇL-in 2-ci turunda keçirəcəkləri "Qarabağ"la oyun barədə fikirlərini bildirərkən deyib. "Tvitter" hesabında azarkeşlən ona verdiyi suallarını cavablandıran 27 yaşlı yarımmüdafiəçi Ağdam klubunun ÇL-də oynamağa layiq komanda olduğunu vurğulayıb:
"4-5 saat təyyarə ilə səfərə çıxacağıq. “Qarabağ” Çempionlar Liqasında oynamağa layiq komandadır. Bunu da qrup mərhələsində öz azarkeşlərinə sübut etməyə çalışacaq. Bizim üçün çətin oyun olacaq".