Kavani: "Hamı deyir ki, mənimlə Neymar arasında problem var" - AÇIQLAMA

18:14 19 Sentyabr 2017

“Lion”la keçirilən oyunda PSJ-nin futbolçuları arasında münaqişə yaşandığı barədə məlumat vermişdik. Dani Alveş cərimə zərbəsini Kavaninin vurmasına imkan verməmiş, topu həmyerlisi Neymara vermişdi. Əvəzində isə Kavani Neymarı penalti zərbəsini vurmağa qoymamışdı. Bu hadisələr PSJ-də qruplaşmaların olması barədə söz-söhbətə səbəb olub.

 

Sportarena.az xəbər verir ki, Kavani məsələ ilə bağlı açıqlama verib. O, Neymarla arasında heç bir problem olmadığını bildirib:

 

“Başa düşmürəm ki, insanlar niyə belə söz-söhbətlərə inanırlar. Hərdən oyun zamanı belə mübahisələr olur. Mən söz-söhbət barədə qardaşımdan eşitdim. Hamı deyir ki, Kavani ilə Neymar arasında problem var. Düzünü deyəcəm, bizim aramızda heç bir problem yoxdu. Neymar komandaya yeni qoşulub. Biz onu daha yaxşı öyrənəcəyik. İstəyirik ki, Neymar komandaya daha tez uyğunlaşsın”.


Digər xəbərlər

Xəbər xətti