Bu gün İtaliya A seriyasında 5-ci tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyununda cari mövsümdə keçirdiyi bütün matçlardan 3 xalla ayrılmış “İnter” “Bolonya”nın qonağı olacaq. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” sabah meydana çıxacaq. “Canavarlar” səfərdə çempionatın debütantı “Benevento” ilə qarşılaşacaq.
Turun ən maraqlı iki oyunu da sabah keçiriləcək. “Yuventus” evdə “Fiorentina” ilə, “Latsio” isə “Napoli” ilə üz-üzə gələcək.
İtaliya A seriyası, 5-ci tur
19 sentyabr
22:45 Bolonya - İnter 1:1
20 sentyabr
20:00 Benevento - Roma 4:0
22:45 Milan - SPAL 2:0
22:45 Atalanta - Krotone 5:1
22:45 Kalyari - Sassuolo 0:1
22:45 Cenoa - Kyevo 1:1
22:45 Verona - Sampdoriya 0:0
22:45 Yuventus - Fiorentina 1:0
22:45 Latsio - Napoli 1:4
22:45 Udineze - Torino 2:3