TFF-dən 8 kluba ağır cəza - Xalları silindi

18:38 21 Sentyabr 2017

 

Türkiyə Futbol Federasiyası (TFF) bu ölkənin ən üst üç liqasında (Super Liqa, TFF 1-ci liqa və TFF 2-ci liqa) mübarizə aparan klublara həm milli, həm də beynəlxalq lisenziyaların verilməsi ilə bağlı qərarını açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, bəzi klublar beynəlxalq lisenziya ala bilməyiblər. Hətta sözügedən birincilikdə iştirak üçün də lisenziya tələblərini yerinə yetirməyən bəzi komandaların olduğu üzə çıxıb. TFF lisenziya şərtlərini yetirməyən həmin klubları sərt cəzalandırıb.

 

Belə ki, vaxt verilməsinə rəğmən, tələbləri yerinə yetirməyən “Balıkesirspor”, “Bucaspor”, “Əskişəhərspor”, “Qaziantepspor”, “Karşıyaka”, “Kocaeli Birlikspor”, “Manisaspor” və “Mersin İdmanyurdu” klublarının hesabından 3 xalın silinməsinə qərar verilib.


Digər xəbərlər

Xəbər xətti