Samir oynadı, komandası mübarizəni dayandırdı

11:16 22 Sentyabr 2017

Futbol üzrə Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Amkar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:4.

 

Samir də bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan Məsimov 65 dəqiqə meydanda olub.


Digər xəbərlər

Xəbər xətti