“Arsenal”ın ev oyunlarını keçirdiyi “Emireyts” stadionunda antirekord qeydə alınıb.
Sportarena.az xəbər verir ki, "topçular"ın İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində “Donkaster”i 1:0 hesabı ilə məğlub etdikləri görüşü 44064 azarkeş izləyib. Bu, 11 il əvvəl istifadəyə verilmiş stadionda ən az tamaşaçı toplayan oyundur.
Qeyd edək ki, 60 min tutuma malik “Emireyts”də əvvəlki antirekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt “Şrusberi” ilə görüşü cəmi 46539 fanat izləmişdi.