Neymar Kavanidən üzr istədi - Baş məşqçi isə...

12:35 22 Sentyabr 2017

Fransa 1-ci Liqasının 6-cı turunda “Lion”la qarşılaşmda penalti zərbəsinə görə komanda yoldaşı Edinson Kavani ilə mübahisə edən Neymar üzr istəyib.

 

Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu PSJ-nin ötən gün baş tutan məşqindən qabaq komanda yoldaşlarını yanına çağırıb. Sözügedən matçdan sonra paltardəyişmə otağında da davam edən mübahisəyə görə peşman olduğunu bildirib və Kavanidən üzr istəyib.

 

PSJ-nin çalışıdırıcısı Emeri isə açıqlamasında hadisənin mətbuat tərəfindən şişirdildiyini bildirib:

 

“Neymarla Kavani arasında yaşanan hadisələr mətbuat tərəfindən çox böyüdülür. Bu mübahisənin komandadakı müsbət atmosferə təsir etməyib. Bununla belə, hər iki futbolçu cəzalandırlacaq ki, belə hal bir daha təkrarlanmasın”.


Digər xəbərlər

Xəbər xətti