PSJ-in düşərgəsində ab-havanın yaxşı olmadığı barədə məlumat vermişdik. “Lion”la oyunda Edinson Kavani ilə Neymar mübahisə etmişdi. Bu mübahisənin yaranmasında Dani Alveşin də rolu olmuşdu. O, cərimə zərbəsini yerinə yetirmək istəyən Kavanidən topu alaraq, həmyerlisinə vermişdi.
Sportarena.az xəbər verir ki, Alveş durumu nizamlamaq üçün şam yeməyi təşkil edib. O, şam yeməyinə Kavani ilə Neymarı dəvət edərək, onları barışdırıb.